Finlandiya Narışkini ölkəyə buraxmadı! - Adı sanksiya siyahısında olduğu üçün

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin Finlandiyaya girişinə icazə verilməyib. Çünki onun adı Rusiyaya qarşı tətbiq olunmuş sanksiya siyahısında yer alıb. Beləliklə, Narışkin ATƏT Paplament Assambleyasının gələn həftə Helsinkidə keçiriləcək sesiyasında iştirak edə bilməyəcək. Məlumatı Finlandiya xarici işlər nazirliyinin əlaqələr üzrə məsul nümayəndəsi Vesa Hakkinen təsdiqləyib (İnterfaks.ru).

«Rusiya nümayəndə heyətinin tərkibinə daxil olan şəxslərin, o cümlədən, Narışkinin gələn həftə Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Finlandiyaya buraxılması mümkün deyil» - deyə, Hakkinen bəyan edib.

XİN sözçüsü qeyd edib ki, Narışkinin adı sanksiya siyahısında olduğu üçün onun şengen zonası ərazilərinə buraxılmasından imtina edilib.

Xatırladırıq ki, 21 mart 2014-cü ildə Rusiyanın bir sıra siyasi və ictimai xadimlərinin, o cümlədən, Narışkinin adı Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar