İsmət Yılmaz və Dəniz Baykal 4-cü tura keçdilər

tbmmTürkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 3-cü turu keçirilib. APA-nın xəbərinə görə, AKP namizədi İsmət Yılmaz 259, CHP namizədi Dəniz Baykal 129, MHP namizədi Ekmələddin İhsanoğlu 80, HDP namizədi Dengir Mir Merhmet Fırat isə 78 səs alıb.

Beləliklə, İ. Yılmaz və D. Baykal 4-cü tura keçiblər. Son turda İ. Yılmazın qalib gələcəyi proqnozlaşdırılır, çünki MHP namizədlərdən heç birinə səs verməyəcəyini açıqlayıb. Bu halda AKP-nin öz səsləri sədri seçmək üçün kifayət edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar