Rusiyada kommunal xidmətlərin qiyməti artıb

İyulun 1-dən Rusiyada kommunal xidmətlərin qiyməti artıb.Orta hesabla bu qiymətlər 10 faizdən az artacaq, lakin bəzi kateqoriya vətəndaşlar üçün bu faiz 20-ə çata bilər.

İşığın qiyməti orta hesabla 8.5 faiz artır, suyun qiyməti 9.1 faiz, istilik verilməsinin qiyməti 8.4 faiz, qazın qiyməti 7.5 faiz artacaq. Beləliklə, ödəmələrin ümumi həcmi orta hesabla 8.4 faiz artacaq.

Bu gündən bəzi regionların sakinləri həmçinin iri həcmli təmir fondlarına ödəmələr edəcək (onlar orta hesabla aylıq ödəmələrin 10 faizini təşkil edəcək), elektrik və su sayğaclarını quraşdırmayan vətəndaşlar isə kommunal borclarla yanaşı cərimələr də ödəməlidir.

Beləliklə, bütün bu üç kateqoriyalara aid edilən Rusiya sakinləri orta hesabla 20 faiz artıq ödəmələr edəcək.

2015-ci ilin birinci yarısında Rusiyada vətəndaşların kommunal xəclərə görə ödəmələrində artım olmadı, qiymətlər isə 2014-cü ilin dekabr ayı səviyyəsində müəyyən olundu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar