Türkiyə “Qazprom”la qiymət endirimi anlaşmasına ümid edir

Türkiyə hökuməti Rusiya holdinqi “Qazprom”la iyulun ortasınadək “Botaş” şirkəti üçün təbiin qazın qiymətində endirimlə bağlı anlaşma əldə olunacağına ümid edir. Musavat.com-un məlumatına görə bu barədə “Reuters” etibarlı mənbəyə istinadən xəbər verib.

Mənbə bildirir ki, tərəflər qiymətlə bağlı anlaşma əldə edə bilməsə, Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldıra bilər. Bu günə tərəflərin öz iddialarını qismən yumşaltdığı deyilir. “Ehtimal edilir ki, problem 1-2 həftənin ərzində həllini tapacaq” – mənbə əlavə edib.

Xatırladaq ki, ötən il “Qazprom” və Botaş “Türk axını” qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar