«Qazprom» Çindən 1,5 milyard dollar kredit almağa hazırlaşır

Rusiya KİV-nin yaydığı məlumata görə, «Qarprom» Çinin daxılından 1,0-1,5 milyard dollar sindikatlaşmış kredit (ən azı iki kreditordan alınan kredit - red.) cəlb edə bilər. Bu barədə «İnterfaks»a maliyyə bazarındakı bir neçə mənbədən məlumat verilib. Kreditin müddəti və faiz dərəcəsinin hələlik müzakirə olunduğu bildirilir (İnterfaks.ru).

Mənbələrin məlumatına görə, sindikatda İndustrial and Commercial Bank of China (ICBC) və Agricultural Bank of China (ABC)bankları iştirak edəcək. Kreditin yekun məbləği sindikatın tərkibindən asılı olacaq.

Bankirlərdən birinin sözlərinə görə, bu sövdə yaxın iki ay ərzində yekunlaşacaq.

«Qazprom»un direktorlar şurası Çin banklarından kreditin alınması sövdəsini iyunun 26-da təsdiqləyib. «Qazprom» azsaylı Rusiya şirkətlərindən biridir ki, ABŞ və Avropa İttifaqının sanksiyaları fonunda beynəlxalq borc bazarlarında invesitisiya cəlb etmək iqtidarındadır.

Son dövrlər dəyişən xarici siyasət konteksti fonunda «Qazprom» Asiya maliyyə bazarına getdikcə daha çox diqqət yetirir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar