ABŞ və Kuba səfirliklərini iyulun 20-də açacaqlar - 54 ildən sonra

Xarici KİV-in yaydığı məlumata görə, iyulun 1-də ABŞ prezidenti Barak Obama Kuba lideri Raul Kastronu məlumatlandırıb ki, ABŞ-ın Kubada və Kubanın ABŞ-da səfirliyi iyulun 20-də açılacaq (Rosbalt).

Havanadakı ABŞ maraqları seksiyasının başçısı Ceferi de Lorentis bu barədə Amerika prezidentinin məktubunu Kuba Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib. «Röyter»in məlumatına görə, məktubda söhbət iki ölkə arasında diplomatik münasibətlərin bərpasından gedir.

Kuba XİN-nin məlumatına görə, ABŞ diplomatik münasibətlərin təzələnməsi qərarını təsdiqləyir. Kuba maraqları seksiyasının Vaşinqtondakı başçısı Xose Ramon Kabanyas çərşənbə günü ABŞ Dövlət Departamentində qəbul olunub. O, Kastronun məktubunu Amerika prezidentinə təqdim edib.

Kuba hökuməti Kastronun bu münasibətlə telemüraciətlə çıxış edəcəyi barədə hələlik heç bir məlumat yaymayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar və Kuba 54 il bundan əvvəl dayandırılmış diplomatik münasibətləri bərpa etmək niyyətində olduqlarını ötən ilin dekabrında elan etmişdilər. Ötən müddət ərzində Vaşinqton və Havanada səfirliklərin açılması barədə danışıqlar gedirdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar