Səudiyyə kralına ağır zərbə: hava limanı ələ keçirildi  - FOTOLAR

Səudiyyə Ərəbistanının "Əhrar ən-Najran" (Najrananın azad vətəndaşları) müxalif hərbi-siyasi hərəkatı ölkənin cənubunda eyni adlı əyalətin paytaxtı Najran şəhər aeroportunu nəzarət altına alıb.ANS PRESS-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər yayıb.

"Səudiyyə Ərəbistanı silahlı qüvvələri ilə ağır döyüşlərdən sonra "Əhrar ən-Najran" hərəkatının birləşmiş tayfaları krallığın cənubunda Najran şəhərinin aeroportunu nəzarət altına alıblar", deyə agentliyin xəbərində deyilir. Son məlumatlara əsasən, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrləri aeroportu bombalamaqda davam edir.

"Əhrar ən-Najran" kimlərdir?

"Əhrar ən-Najran" hərəkatını Səudiyyə Ərəbistanına qarşı müharibədə Yəmən tərəfdarı olan Najran əyalətinin üsyançı tayfaları formalaşdırılaşdırıb. Hərəkat Ər-Riyad əyalətinin müstəqilliyini elan edib və hərbi hazırlıqlar üçün Yəmənə müraciət edib.

Qarşıdurmanın tarixi

1920-1930 ill'rdə Yəmən və Səudiyyə Ərəbistanı Najran əyaləti üğrunda mübarizə aparıb. 1934-cü ildə əyalətin ərazisi Səudiyyə Ərəbistanı tərəfindən ələ keçirilib və krallığa birləşdirilib. O vaxtdan əyalətin sakinləri daimi diskriminasiyadan şikayət edirlər. 2000-ci ildə Najranda hökumət güvvələri ilə dəfələrlə silahlı toqquşmalar olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar