"Zaman-Azərbaycan"ın əməkdaşı ağır qəzada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yol qəzası Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

“VAZ-2106” markalı, 10 RX 385 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın daş yolayrıcına çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Cavid Əsədullayev hadisə yerində dünyasını dəyişib. Sürücünün meyitini deformasiyaya uğramış avtomobildən çıxarmaq mümkün olmadığından, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Cavid Əsədullayevin meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Qeyd edək ki, 29 yaşlı Cavid Əsədullayev "Zaman-Azərbaycan" qəzetinin əməkdaşıdır. Qəzetin baş redaktoru Anar Qaraxancallı APA-ya açıqlamasında bildirib ki, o, "Zaman-Azərbaycan" MMC-nin yayım şöbəsinin poçtalyonu olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar