Tsipras təslim oldu

Baş nazir tərəflərə yeni kompromis təklif edir

Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkəsinin kreditorlarına yeni güzəştlər təklif edib.

Anspress-in məlumatına görə, baş nazir məktubunda kreditorlara deyib ki, masa üzərindəki təkliflərin çoxunu qəbul etməyə hazırdır. Buna baxmayaraq Yunanıstan televiziyası ilə canlı çıxışında bu gün o bir daha, xalqı bazar günü keçiriləcək referendumda Aİ-nin təkliflərinə yox deməyə çağırıb.

Məktubu əldə etmiş "Financial Times" qəzetinə görə, kreditorlara göndərdiyi məktubda Tsipras yalnız iki dəyişikliyin edilməsini - Yunanıstan adalarında ƏDV güzəştinin güvvədə saxlanılmasını və təqaüdə 67 yaşdan çıxmaq barədə qərarın dərhal yox, oktyabr ayından qüvəyə minməsini xahiş edib. Yunanıstan mili telekanalı ERT də təsdiqləyib ki, Tsipras cüzi düzəlişlərlə kreditorların şərtlərini qəbul etməyə hazırdır. Bunu bir balaca geriləmə adlandırmaq olar, bütöv təslim olma yox.

Məktubun əvvəlində deyilir ki, Afina planın ümumi tərkibi ilə razılaşır, amma bəzi detalları dəyişmək istəyərdi. Lakin əsas məsələ elə detallarla bağlıdı. Biz hələ bilmirik ki, Avropa Birliyi ölkələrinin maliyyə nazirləri nə deyəcək. Onlar bu gecə Yunanıstanın yeni təkliflərini video konfrans vasitəsilə müzakirə edəcəklər.

Burada həm də inam məsələsi ortaya çıxır. Çünki bundan əvvəl əldə olunmuş razılığı Aleksis Tsipras Afinaya qayıdanda rədd etmişdi. Onda Avropa Komissiyasının başçısı bildirdi ki, özünü Tsipras tərəfindən aldadılmış hesab edir. Və nəhayət referendum məsələsi qalır. Tutaq kı, indiki mərhələdə razılıq əldə olunur. Bəs referendum nə olacaq? Onu ləğv edəcəklər?

Almaniya kansleri Angela Merkel çərşənbə günü Yunanıstan böhranı ilə bağlı bəyanatla çıxış edib. O deyib ki, bu ölkədə 5 iyul tarixinə təyin olunmuş referenduma qədər yeni kreditin verilmə şərtləri ilə bağlı heç bir müzakirə keçirilə bilməz. Eyni zamanda o əlavə edib ki, Yunanıstanla danışıqların keçirilməsi ehtimalı hələ də açıq qalır. “İndi biz referendumu gözləyirik. Səsverməyə qədər gələcək dəstək proqramı barədə heç bir danışıq ola bilməz,” o deyib. Merkelin sözlərinə görə, yunanlar referendum keçirmək hüququna malikdir, lakin Avrozonanın başqa üzvlərinin də Yunanıstana “lazım olan” cavabı vermək hüququ var.

Çərşənbə axşamı Avrozonanın maliyyə nazirləri Yunanıstanla razılığa gəlmək mümkün olmadığı üçün hal-hazırda qüvvədə olan dəstək proqramının vaxtının uzadılmasını rədd edib. Çərşənbə günü isə iki görüş keçirilməlidir. Birində rəsmilər və Avropa Mərkəzi Bankının nümayəndələri Yunanıstana təcili kreditin verilməsinin mümkünlüyü barədə qərar qəbul etməlidi. İkinci görüşdə isə Avrozonanın maliyyə nazirləri Yunanıstanın yeni dəstək proqramı barədə təklifini müzakirə etməlidi.

Çərşənbə axşamı Tsipras bəyan edib ki, Yunanıstana 29.1 milyard avro dəyərində iki illik yeni kredit lazımdı. Lakin indi o deyir ki kredit verən təşkilatların təklifini bəzi şərtlərlə qəbul etmək olar. Yunanıstan hökumətinin iqtisadi məsələlər üzrə məsləhətçisi Elena Panaritis BBC-ə müsahibəsində deyib ki, Afina onun təklifinin Avropa tərəfindən qəbul olunmasını gözləyir.

Xatırladaq ki, Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.5 milyard avro məbləğində borcunu qaytarmaq barədə öhdəliyini yerinə yetirməyib. Bundan bir qədər əvvəl avrozona ölkələri nazirləri Yunanıstana borcunun qaytarılması üçün verilmiş vaxt möhlətini uzatmamaq qərarına gəlmişdilər. Lakin nazirlər bildiriblər ki, Yunanıstandan son dəqiqədə gəlmiş 2 illik maliyyə yardımının verilməsi barədə yeni xaihişə çərşənbə günü iyulun 1-də baxılacaq.

Qeyd edək ki, Yunanıstan inkişaf etmiş dövlətlər qrupuna aid edilən BVF-dən aldığı krediti vaxtında ödəyə bilməmiş ilk ölkədir. Ehtimal edildiyinə görə, BVF börcunun ödənməməsi Yunanıstanın avrozonanı tərk edəcəyi riskini gücləndirir.

Ötən gecə BVF Yunanıstanın borcunu ödəyə bilməməsi faktını təsdiqləyib. BFV sözçüsü Gerry Rice Yunanıstandan ödəniş möhlətyinin uzadılması barədə xahişin alınması faktını təsdiqləyərək, məsələyə "müvafiq qaydada" baxılacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar