3 klubumuz Avropa Liqasında yarışa başlayır

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinində 3 komandamız mübarizə apacaq. Lent.az-ın məlumatına görə, doğma meydanda oynayan “Neftçi” Monteneqro təmsilçisi “Mladost”u qonaq edəcək. “Bakcell arenada” keçiriləcək qarşılaşmasının start fiti 21:00 çalınacaq. Matçı türkiyəli hakimlər heyəti idarə edəcək.

Avroklupoklardakı təmsilçilərimizdən “İnter” bu gün səfərdə Albaniyanın “Laçi” klubunun qonağı olacaq. Eyni adlı stadionda keçiriləcək qarşılaşma 20:30-da başlayacaq. Qarşılaşmanı ispaniyalı hakimlər briqadası aparacaq.

Digər bir təmsilçimiz “Qəbələ” isə biraz güclü rəqib hesab edilən Gürcüstan “Dinamo”su ilə gücünü sınayacaq. Roman Qriqorçukun yetirmələri Tbilisdən sərfəli hesabla ölkəyə dönməyə çalışacaq. Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək qarşılaşmanın start fiti 21:00-da veriləcək. Matçı İsraildən olan referilər idarə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar