Bakının "Formula 1" hazırlığı başladı - FOTO

map_formula1_160612_26 km uzunluğu olacaq trasın layihəsi Beynəlxalq Avtomobil Federasiyasının təsdiqinə təqdim olunub.

2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında “Formula-1” yarışları keçiriləcək. Anspress-in məlumatına görə, artıq yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir.

Yarış üçün trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.

Yarışları keçirəcək “Baku Grand Prix” şirkətinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.

Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib. O, Bakıda yarışlar gecə keçirilə biləcəyini də istisna etməyib. 2016-cı il Qran Prisi zamanı ümumilikdə Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir.

Yarışların neçəyə başa gəlməsi isə kommersiya sirri olsa da, nazir debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcəyini deyib.

Formula-1, yaxud F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb.1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.

Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar