ABŞ-ın yeni hərbi strategiyası - Rusiya ilə qarşıdurma

Rusiya KİV-nin yaydığı məlumata görə, ABŞ yeni illik hərbi strategiya hazırlayıb (Rosbalt).

«Sənədə əsasən, ABŞ silahlı qüvvələri Rusiya kimi beynəlxalq normalara meydan oxuyan «revizionist dövlətlərə», eyni zamanda «İslam dövləti» kimi aqressiv ekstremist təşkilatlara qarşı durmağa hazır olmalıdır» - deyə, ABŞ müdafiə departamenti xəbər verir.

Sənəddə Rusiya, öz maraqları naminə güc amilindən istifadə edən, bütün mümkün razılaşmaları pozan və regional təhlükəsizliyi «sökən» ölkə adlandırılır.

«Biz, potensial rəqibi dayandırmaq, qadağan etmək və mümkün olan hallarda ona məğlubiyyət zərbəsi vurmaq üçün müttəfiq və həmkarlarımızla işləyirik. Bu çalışmalarda müttəfiq və həmkarların qlobal şəbəkəsinin möhkəmləndirilməsi əsas yer tutur» - deyə, müdafiə idarəsi şərh edir.

Digər təhlükələr sırasında İran və Şimali Koreya, «sual altında» isə Çin yer alır.

Pentaqonun yeni strategiyasında ABŞ, texnologiyalarda, resurslarda, alyansda, ittifaqda və demoqrafiyada unikal üstünlüklərə malik olan «dünyanın ən güclü ölkəsi» adlandırılır.

Amma sənəd müəllifləri ABŞ-ın bu üstünlüklərinin müəyyən mənada, şübhə altına düşdüyünü də qeyd edirlər. Ballistik raketlərin, pilotsuz ststemlərin, kiber silahların və kütləvi qırğın silahlarının yayılması ABŞ-ı xüsusilə narahat edir. Bütün bunlar ölkənin hərbi üstünlüklərinə qarşı duran texnologiyalardır.

Hələlik, ABŞ-ın hansısa nəhəng dövlətlə müharibə ehtimalı aşağıdır, amma gertdikcə «yüksəlir».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar