Radara düşənlərə iki qat cərimə - FOTOLAR

Yaxın vaxtlarda avtomobillərin icbari sığortasının olub-olmaması radarlar vasitəsi ilə müəyyən ediləcək

“Yaxın gələcəkdə avtomobillərin icbari sığortasının olub-olmaması radarlar vasitəsi ilə müəyyən ediləcək”.ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sığorta Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib. Dövlət Sığorta Xidmətinin rəisi söyləyib ki, bunun üçün xüsüsi radarların quraşdırılmasına ehtiyac yoxdur:

“Çünki Dövlət Yol Polisinin avtomobil yollarında quraşdırılan texniki qurğulardan istifadə ediləcək. Bununlada avtomobilin nömrəsini oxumaqla və həmçinin digər məlumatları götürərək İcbari Sığorta Birosunun məlumat bazasına ötürüləcək. Beləliklə də avtomobillərin icbari sığortasının olub – olmaması müəyyən olunacaq. Bu sistem müəyyən texniki məsələlər həll olunandan sonra, təxminən yaxın 2-3 ay ərzində istifadəyə veriləcək ”.

Xidmət rəisi, avtomobillərin icbari sığorta haqqının artırılması ilə bağlı sualları da cavablandırıb. N.Xəlilov bildirib ki, bu məsələ hələki gündəmdə deyil. Onun sözlərinə görə, bunun üçün heç bir iqtisadi əsas yoxdur.

Bu ilin əvvəlində Daxili İşlər Nazirliyi yol polisi əməkdaşları üçün yeni avtomobilər alıb. Bu maşınlar müasir avadanlıqla təchiz edilib. “Fiat Doblo” və “BMW” markalı avtomobillərin sayı 400 ədəddir.

Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompyuter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar