Azərbaycan məmurlarının telefonu dinlənilirmi?

Şifrələnməyən mobil telefon aparatına sahib olan istənilən şəxsin zəngləri gizli yolla dinlənilə bilər

Dövlət rəsmilərinin telefon danışıqlarının gizli yolla dinlənilməsi uzun müddətdir ki, dünya mətbuatının gündəmini zəbt edib. Məlumatlarda qeyd olunur ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (ANB) və Britaniya kəşfiyyatı tərəfindən Almaniya, Fransa və Türkiyə kimi böyük dövlətlərin rəsmi şəxslərinin telefon danışıqları gizili yolla dinlənilib.

Bəs görəsən hər gün sürətlə inkişaf edən, çoxsaylı uğurlara imza atan və bəzi dövlətlərin “gözü götürmədiyi” Azərbaycan Respublikasınında da dövlət rəsmilərinin, məmurların telefon danışıqları gizli formada dinlənilirmi?

Sualımıza cavab tapmaq məqsədi ilə rabitə sahəsində ixtisaslaşan mütəxəssis Xankişi Kişiyevlə əlaqə saxladıq. O, AzVision.az-açıqlamasında, mobil telefonlarla baş tutan telefon zənglərinin gizli yolla dinlənilməsinin mümkünlüyünü vurğuladı. Mütəxəssisin fikirincə, zənglərin gizli yolla dinlənilməsinin qarşısını almaq üçün telefon xəttləri şifrələnməlidir:“Qapalı telefon şəbəkələrində danışıqlara gizli yolla qulaq asmaq mümkün deyil. Bizim sabit şəbəkədə hər bir abunəçinin qapalı xətti var. Yəni həmin şəxsin məlumatları qapalıdır və heç kəs onun zənglərini dinləyə bilməz.

Amma mobil telefon zənglərinə gizli yolla qulaq asmaq mümkündür. Bunun üçün həmin tezliyə müvafiq bir radiloji cihaz quraşdırılır və zəngi dinləmək mümkün olur. Qərb ölkərində insanların işlətdikləri telefon və tezliklər hər kəsə məlumdur. Belə olan halda zəngləri dinləmək daha asan olur. Amma qapalı sabit şəbəkələrdə bu mümkün deyil. Yəni xəttlərlə quraşdırılan telefonlarda zənglərə qulaq asmaq olmur.

Şifrələnmiş telefon aparatlarında isə zənglərə gizli yolla qulaq asmaq mümkün deyil. Şifrələnməyən mobil telefon aparatına sahib olan istənilən şəxsin zəngləri gizli yolla dinlənilə bilər”.

Qeyd edək ki, 1990-cı illərdən başlayaraq, ABŞ Angela Merkel və daha 69 nəfərin telefon danışıqlarını dinləyib. Bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti `WikiLeaks` mənbələrinə istinadla xəbər yayıb.

İzlənmə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (ANB) və Britaniya kəşfiyyatı tərəfindən birgə həyata keçirilib. İzlənilənlərin çoxu nazirlər, xüsusilə də müxtəlif dövrlərdə maliyyə naziri postunu tutmuş şəxslərdir. Dövlət katibi, xarici işlər naziri və Avropa Mərkəzi Bankının rəhbərinin telefonları da dinlənilib.

Kansler Angela Merkel, keçmiş maliyyə naziri Oskar Lafonten, keçmiş stats-katib Barbara Hendriks, keçmiş iqtisadiyyat naziri Vernar Müller, iqtisadiyyat naziri Ziqmar Qabriel dinlənilən şəxslərin arasındadır.

Bildirilir ki, ABŞ kəşfiyyatını ilk növbədə ticarət və pul-kredit siyasəti maraqlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar