Qalmaqallı veriliş bağlanır: “Space”dən növbəti şou - VİDEO

Üç gün öncə qalmaqal baş vermiş "Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib. Bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

"Qafqazinfo" əlavə edərək bildirir ki, əslində bu "Space" rəhbərliyinin ictimaiyyətə qarşı növbəti təhqiramiz münasibətidir. Əgər telekanal rəhbərliyi sözügedən "ÇP" ilə bağlı verilişi bağlamaq niyyətində olsaydı, bu qərar elə həmin gün verilərdi.

İyulun 17-də verilişin bağlanacağını demək növbəti hötmətsizlikdir. Məlumdur ki, veriliş həmin vaxt yay məzuniyyətinə çıxır. Kanal rəhbərliyi isə tamaşaçıları aldadaraq verilişin bağlanacağı ilə bağlı açıqlama verib.

Teleaparıcı Vüsalə Kərimova "Space” televiziyasında yayımlanan “Günaydın” proqramının bağlanmasından danışaraq sayta açıqlamasında bildirib ki, bu haqda ona məlumat verilməyib: ““Günaydın”ın yeni mövsümdə yayımlanıb yayımlanmayacağını bilmirəm. Bu haqda “Space” televiziyası və verilişin rəhbərliyi qərar verə bilər. Mənə heç bir məlumat verilməyib. Əgər bağlanacaq deyiblərsə, bağlanacaq. “Günaydın”ın layihə rəhbəri deyiləm, yalnız aparıcısıyam. Bu mövsüm biz “Günaydın”la efirə qayıtmaq istəmirdik, başqa layihə vardı, amma proqram yenidən efirə getdi. Sözügedən veriliş iki ilyayaımlanıb, yenilik etmək lazımdır. Mənim başqa layihə planlarım var, hələ ki, tam açıqlama vermək istəmirəm, təsdiqini tapmayan şeylər haqda danışmağı sevmirəm”.

Kərimova verilişdə Əziz Musaoğlu-Mətanət Əsədova qalmaqalına müdaxilə etmədiyi üçün onu qınayanlara da cavab verib: “Məni qınayanlar kimlərdir? Məni cəmiyyət və cəmiyyətin nümayəndələri qınayır. Mənim işimi cəmiyyətin hər hansı nümayəndəsi deyil, jurnalistlər, aparıcılar, media işçiləri başa düşə bilər. KİV nümayəndələri tənqid etsə, onlara cavab verərəm. Qeyrilərinə cavab vermək niyyətim yoxdur”.

Tepeaparıcı Mətanət əsədovanın onu məhkəməyə verməsi haqda açıqlamasına da münasibət bildirib: “Mətanət Əsədova məni məhkəməyə verirsə, versin. Nə vaxtdır ki, gülmürəm. Yerinə düşər gülərəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar