Ermənistan Rusiyadan aldığı texnikanı Azərbaycanla sərhədə göndərəcək

Erməni tərəfinə dövlət ixrac kreditinin verilməsi haqqında Ermənistan-Rusiya hökumətlərarası sazişi çərçivəsində alınmış hərbi texnika erməni-Azərbaycan sərhədlərində silahlanmanı yaxşılaşdırmağa imkan verəcək.Oxu.az "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində iyulun 2-də erməni müdafiə nazirinin müavini Ara Nazaryan “Daşnaksütyun” parlament fraksiyasının deputatı Artsvik Minasyanın alınan hərbi texnikanın erməni-Azərbaycan sərhədində müdafiəni gücləndirməyə imkan verib-verməyəcəyi barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, Rusiya Ermənistana öz istehsalı olan hərbi məhsulların tədarükünün maliyyələşdirilməsi üçün 200 mln. dollar məbləğində dövlət ixrac krediti ayırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar