Səudiyyə şahzadəsi bütün sərvətindən imtina edir - 32 milyardı xeyriyyə işlərinə ayırır

Səudiyyə şahzadəsi Əl-Valid ibn Talal 32 milyard dollarlıq sərvətini xeyriyyə işlərinə ayıracaq. Talal söz verib ki, yaxın illərdə bütün sərvətini özünün «Alwaleed Philanthropies» xeyriyyə fonduna köçürəcək. Fond da bu pulları səhiyyə sahəsindəki xeyriyyə layihələrinə, qadın hüquqlarının müdafiəsinə, həmçinin yoxsulluğun aradan qaldırılması ilə bağlı proqramlara ayıracaq.

Ər-Riyadda keçirdiyi mətbuat konfransında şahzadə bildirib ki, onun bu qərarını oğlu Xaled və qızı Rima da dəstəkləyib. Qeyd edək ki, şahzadə Əl-Valid Səudiyyə Ərəbistanının qurucusu kral Abdel Əziz ibn Suadun nəvəsidir.

«Forbes» jurnalı bu ilin martında Əl-Validin 22.6 milyardlıq sərvətə sahib olduğunu açıqlamışdı. Bu göstərici ilə şahzadə dünyanın ən varlı adamlarının siyahısında 34-cü yeri tutmuşdu. Əl-Valid isə bununla razılaşmayaraq jurnalistlərin onun varidatını olduğundan az göstərdiyni bəyan etmişdi.

Bu ilin martında «Apple»ın rəhbəri Tim Kuk bütün sərvətini xeyriyyə işlərinə ayıracağını elan etdi. Ümumiyyətlə, dünyanın məşhur « The Giving Pledge» klubunda təmsil olunan milyarderlər sərvətlərinin ən azı, yarısını xeyriyyəyə ayırmağa and içirlər. Klubun üzvləri arasında Uorren Baffet, Bill Geyts, Maykl Blumberq, Corc Lukas, Devid Rokfeller, Mark Çukerberq, Yuriy Milner, Vladimir Potanin kimi, milyarderlər də var.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar