Suriyalı qaçqınlar aclığa məhkumdurlar! 

AzPolitika.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Livandakı suriyalı qaçqınların ərzaq təchizatını ikiqat aşağı salmaq məcburiyyətində qalıb. «Associated Press» agentliyinin yaydığı məlumata görə, buna səbəb maliyyə çatışmazlığıdır.

BMT strukturlarında istisna etmirlər ki, yaxın vaxtlarda İordaniyadakı suriyalı qaçqınlara ərzaq göndərişini tamamilə dayandırmalı olacaqlar.

Qaçqınlara kömək üçün bu gündən sentyarbra qədərki müddət üçün 139,0 milyon dollara yazın vəsait tələb olunur.

Təxmini statistikaya görə, Livan və İordaniya digər 3 Yaxın Şərq ölkəsi ilə birlikdə 4 milyon nəfərə yaxın suriyalı qaçqını qəbul edib.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazından bəri dayanmaq bilmir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar