Fələstin Vatikanda səfirlik açacaq - iki aydan sonra

Xarici KİV-in yaydığı məlumata görə, Fələstin hakimiyyəti iki aydan sonra Vatikanda səfirlik açmaq niyyətindədir. Mətbuat konfransında bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki məlumat verib (TASS).

«Biz, Vatikanla tarixi razılaşma sənədi imzalamışıq. Sənəd, bir çox ölkələrdə təmsil olunan katolik kilsəsi ilə Fələstin arasında münasibətləri müəyyən edir. Bu razılaşmada Fələstin dövlətinin faktiki tanınması yer alıb. Mümkündür ki, biz, iki aydan sonra Vatikanda öz səfirliyimizi açaq» - deyə, fələstinli nazir qeyd edib.

Fələstin xarici işlər naziri həm də ümid edir ki, cari ilin sonuna qədər Fələstini tanıyan dövlətlərin sayı 140-a çatacaq: «Fələstini tanıyan BMT üzvü dövlətlərin sayı xeyli çoxdur. Amma biz, bununla kifayətlənmək fikrində deyilik. İşləyirik ki, daha çox ölkə bizim dövləti tanısın. Bu ilin sonuna qədər Fələstini tanıyan dövlətlərin sayını 140-a çatdırmaq istəyirik, sonra isə bundan da artıq... Bizim müəyyən planımız var, üzərində işləyirik. Ümid edirik ki, Avropada, Latın Amerikasında, Sakit okean rayonunda bir sıra dövlətlər də bizi tanıyacaq».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar