Arda Turan "Qalatasaray"da

Buna səbəb isə Ali futbol qurumunun transfer cəzasıdır

Türkiyə millisinin və “Atletiko Madrid”in futbolçusu Arda Turanın “Barselona”ya transfer olunması ilə bağlı məlumat yayılıb. ANS PRESS-in məlumatına görə, İspaniyanın nüfüzlu "Marca" qəzeti məlumat verib.

FİFA-nın transfer cəzası səbəbi ilə Ardanı yanvar ayına kimi rəsmi oyunlarda oynada bilməyən “Barselona” futbolçunu bir müddətə “Qalatasaray”a icarəyə verəcək.

İddiaya görə, Arda 5 illik müqaviləyə imza atacaq. "Barselona"nın transfer yasağı aradan qalxarsa, Arda artıq yanvar ayından etibarən bu klubun şərəfini qorumağa başlaya bilər.

Professional kariyerasına 2005-ci ildə “Qalatasaray” klubunda başlayan Arda Turan 6 il ərzində “sarı-qırmızılı” forma ilə 127 matçda 29 qola imza atıb. 2011-ci ildə İspaniyanın “Atletiko” klubuna transfer olunan türkiyəli yarımmüdafiəçi, madridlilərin heyətində 127 oyunda 13 dəfə rəqibləri məyus edib. Arda 2006-cı ildən Türkiyə milli komandasının formasını geyinir. Ay-ulduzlu forma ilə isə 82 matçda aktivinə 14 qol yaza bilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar