Kredit götürmək istəyənlər - faizlər artacaq? - VİDEO

kreditMərkəzi Bankın komissiya haqları ilə bağlı banklara verdiyi göstəriş barədə xəbər vermişdik. Artıq kreditin məbləğində asılı olmayaraq komisyon haqqı 1 faizdən artıq olmamalıdır. İqtisadçılar bu dəyişikliyin kredit faizlərinə təsir edəcəyini proqnozlaşdırırlar.

İndiyədək banklar kredit verərkən komisyon haqları 6-7, hətta bəzən 10 faizə yaxın tuturdu. Mərkəzi Bankın göstərişi ilə bu məbləğin 1 faizə endirilməsi isə vətəndaşların kredit yükünü azaltmaqla yanaşı bankların gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq. Buna görə də kredit fazilərində artım proqnozlaşdırılır.

İqtisadçıların fikrincə, bu artım uzunmüddətli olmayacaq. Kiçik bankların konsolidasiyası yəni birləşməsi də təklif olunur. Bu tədbirlər nəticəsində banklar fəaliyyətlərinə daha ucuz maliyyə mənbələri əlavə etməklə fəaliyyətlərini stimullaşdıra bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar