Yunanıstan 50 milyarddan asılı!

Xarici KİV-in yaydığı məlumata görə, iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün kreditorların hazırkı şərtləri daxilində Yunanıstana 50 milyard avrodan artıq maliyyə köməyi lazımdır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) cümə axşamı dərc olunmuş hesabatında söhbət açılır (İnterfaks.ru).

Bu zaman kömək paketinin bir hissəsi - Avropa İttifaqı (Aİ) kreditorlarının payına düşən hissəsi 36 milyard avro təşkil edə bilər.

Eyni zamanda, BVF bu il Yunanıstan iqtisadiyyatında artımın əhəmiyyətli dərəcədə yavaşıyacağını proqnoz edir: əvvəllər proqnoz edilmiş 2,5 (faiz) rəqəmi ilə müqayisədə sıfır faiz.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar