Azərbaycan müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb

Litvaya rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Latviyanın yeni seçilmiş prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq. Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar