Suriyada İŞİD liderlərindən biri məhv edilib - Pentaqon

ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri Tariq Əl-Hərzini məhv edib.

APA-nın məlumatına görə, bunu ABŞ müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

Məlumata əsasən, terrorçu iyulun 16-da Suriyanın əl-Şəddad şəhərində pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində məhv edilib. C.Devisin sözlərinə görə, Tariq Əl-Hərzi Liviyadan İraqa canlı qüvvə və silah-sursat keçirilməsinə cavabdeh imiş.

Xatırladaq ki, iyunun 15-də İraqın Mosul şəhərində İŞİD qruplaşmasının digər liderlərindən biri Əli Əl-Hərzi hava zərbəsi nəticəsində məhv edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar