Dünya ulduzu "Fənərbaxça"da (FOTO)

Ulduz futbolçu həftə sonu İstanbula gəlir. “Fənərbaxça” futbol klubu yeni mövsümə iddialı transferlərlə başlamağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, 2014-15 mövsümündə Türkiyə super Liqasında gümüş medallara yiyələnən “Fənərbaxça” futbol klubu daha bir transfer gerçəkləşdirmək üzrədir. İstanbul komandası portuqaliyalı ulduz futbolçu Nani ilə danışıqlara başladığını rəsmən elan edib.

Klubun rəsmi saytında yayımlanan məlumatda deyilir ki, 27 yaşlı futbolçu bu həftənin bazar günü - iyulun 5-i İstanbula gələrək bütün tibbi müayinələrdən keçəcək. Danışıqların növbəti hissəsinə Türkiyədə davam etdiriləcək.

Professional kariyerasına 2005-ci ildə Portuqaliyanın “Sportinq” klubunda başlayan Nani, iki mövsümdən sonra dünya nəhəngi İngiltərənin “Mançester Yunayted” klununa transfer olunub. Yeddi mövsüm “qırmızı şeytanlar”ın heyətində forma geyinən futbolçu 147 matçda 25 qola imza atıb.Transfer haqqı İngiltərə klubunda olan Nani 2014-15 mövsümündən “Sportinq” klubunun heyətində icarə əsasında oynayır. Ulduz futbolçu 2006-cı ildən Portuqaliya milli komandasında çıxış edir və oynadığı 86 qarşılaşmada 15 dəfə rəqib qapılaraına yol tapıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar