Suraxanıda bu gecə daha üç maşın yandırılıb

İyulun 3-də gecə Bakının Suraxanı rayonunda üç maşın yanıb. Maşınlar bir neçə dəqiqə aralıqla söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, əvvəlcə "Mercedes" markalı maşın yanıb. Yanğın saat 02:18-də söndürülüb.

Bir neçə dəqiqə sonra "Hyundai" markalı maşın yanıb. Bu yanğın 02:22-də söndürülüb.

Yenə həmin rayonda "PRADO" markalı maşın yanıb. Bu yanğın da saat 02:40-da söndürülüb.

Keçən ay Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində gecələr 20-dən çox xarici markalı maşın yandırılmışdı. Bu yanğınlardan sonra Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları “Dəli Səfər” ləqəbli Səfər Mahmudov həbs etmişdi.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə də Qaraçuxur qəsəbəsində 2 maşın yandırılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar