Fransa AES-də güclü yanğın!

Xarici KİV-in yaydığı məlumata görə, Fransanın şimalında yerləşən «Palyuel» Atom elektrik stansiyasında (AES) güclü yanğın baş verib (Rosbalt).

AES müdiriyyətinin məlumatına görə, yanğın obyektin köməkçi aqreqatlarının saxlandığı sexin maşın zalında baş verib. Yanğını tam söndürmək üçün stansiyanın ərazisinə 70 yanğınsöndürən maşın gəlib və 6 saatdan artıq vaxt sərf olunub. «BFMTV»-nin məlumatına görə, alovun temperaturu o qədər yüksək olub ki, maşın zalında bəzi metal növləri də yanıb.

Stansiya rəhbərliyi bildirib ki, yanğın nəticəsində ətrafa radionüklid yayılması baş verməyib, çünki yanğın baş vermiş tikili nüvə materiallarının yerləşdiyi çevrədən uzaqdır. Sex təmirə dayanıb və onun bütün avadanlıqları dayandırılıb. Yanğın baş verərkən bütün personal tikilini tərk etməyə macal tapıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar