Rumıniya paytaxtında NATO-nun komanda məntəqəsi açılıb

Xarici KİV-in yaydığı məlumata görə, cümə axşamı NATO Baş katibi Yens Stoltenterq Rumıniya paytaxtında alyansın yeni komanda məntəqəsinin açılış mərasimində iştirak edib (Rosbalt).

Bu barədə «Ukrinform»-un yaydığı məlumatda deyilir: «Buxarestdə NATO komanda məntəqəsinin açılması bu reallığa açıq ismarıcdır ki, NATO buradadır və alyans Rumıniyanı və digər müttəfiq dövlətləri qorumağa hazırdır. Rumıniya ilə birlikdə NATO güclü olur, Rumıniya da həmçinin, alyansın yanında güclüdür...».

Baş katib qeyd edib ki, NATO-nun əsasında həmrəylik və «bir nəfər hamı üçün, hamı - bir nəfər üçün» prinsipi dayanır.

«Biz daim Rusiyanın aqressivliyi barədə düşünürük, NATO isə bu təhlükəyə adaptasiya olmalıdır. Bizim bütün çalışmalarımız müdafiə xarakterlidir və məhz bu təhlükəyə şəffaf cavabdır. Bu, azadlıq və demokratiyanın qarantıdır...».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar