Neft Fondu qızılda 265 milyon dollar itirib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə qızıl da daxilidir.

“Marja” xəbər verir ki, ARDNF qızıla investisiyadan hələlik zərərdədir.

Belə ki, 1 Yanvar 2013-cü il tarixinə ARDNF-in balansındakı qızıl külçələrin dəyəri 624,735 milyon manat təşkil edib. 2013-cü il ərzində isə cəmi alış 542,782 milyon manat olub. 2014-cü il ərzində isə ARDNF qızıl almayıb.

Dünya bazarında qızılın qiyməti düşdüyündən Neft fondu bu alətə investisiyadan 2013-cü ildə 243,186 milyon manat, 2014-cü ildə isə 22,187 milyon manat itirib. Faktiki olaraq 1 milyard 167,5 milyon manatlıq qızıla investisiya 265,4 milyon manat “əriyərək” 902,1 milyon manata düşüb (31 Dekabr 2014-ə balans dəyəri).

Qeyd edək ki, qızılın bahalşaması vəziyyətində ARDNF itkilərini bərpa edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar