Poroşenko Qərbi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Qərb dövlətlərini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünməyə çağırıb.

APA-nın verdiyi xəbərə görə, P.Poroşenko bunu ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşündə deyib.

“Minsk razılaşmasının pozulacağı təqdirdə bizə effektiv və əlaqələndirilmiş plan lazımdır. Söhbət yeni sanksiyalar dalğasından gedir. Rusiya ukraynalıların qətlinə və Ukraynanın işğalına görə layıq olduğu cəzanı almalıdır. O, buna görə məsuliyyət daşımalıdır”, - deyə P. Poroşenko söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar