Saakaşvili dünən partladılan kafenin qonağı oldu

Odessa qubernatoru Mixail Saakaşvili keçən gün partladılan “Angelovlar” kafesini ziyarət edib.

Avropa.info xəbər verir ki, Sabiq Gürcüstan prezidenti kafeyə gəlib çay içməyə söz vermişdi və sözünü yetirib.

Saakaşvilinin sözlərinə görə, kafenin xüsusi hazırladığı pirojnaların dadına baxa bilməyib, çünki artıq satılıb qurtarmışdı. Kafeyə yeni təyin etdiyi gürcü əsilli polis rəisinə göstərişlər verib.

Qeyd edək ki, 2 iyulda Odessada terror aktı baş vermişdi. Partlayış zamanı binaya xətər toxunsa da, ölən və yaralılanlar olmayıb. Kafenin terrorçuların hədəfi seçilməsi səbəb kimi isə onun qonaqlara “Sağ sektor”un rənglərinə boyanmış pirojnalar təklif etməsi göstərilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar