Leyla Yunusa qarşı məhkəmə prosesi yaxın 10 günə başlaya bilər

İyulun 2-də Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusa qarşı cinayət işinin istintaqının yekunlaşması haqında ittiham aktı müdafiə tərəfinə təqdim olunub. Bu haqda Azadlıq Radiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib. Vəkil deyib ki, yaxın 10 gün ərzində işlə bağlı məhkəmə prosesi başlayacaq.

Elçin Qəmbərov iyulun 2-də Leyla Yunusla görüşüb. Vəkil deyir ki, onun səhhəti çox pisdir, gözlərində və, qara ciyərindəki problemlər artır. Şəkər xəstəliyi də getdikcə sərtləşir:“Ancaq səhəhti pis olsa da əhval-ruhiyyəsi yüksəkdir. Məhkəmə çəkişməsinə tam hazırdır”.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus keçən ilin yayında həbs olunublar. Azərbaycanda tanınmış hüquq müdafiəçisi olan Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Onun həyat yoldaşı, tanınmış politoloq Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir. Amma özləri və tərəfdarları bu ittihamları rədd edirlər.

Keçən ay istintaq onların işindəki dövlətə xəyanət maddəsini ayrıca icraata götürüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Arif və Leyla Yunusların həbsini siyasi sifariş hesab edir, onları vicdan məhbusu sayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar