Əsgərləri daşıyan qatar çaya düşdü: 12 ölü

Pakistanda sərnişin qatarı dəmiryolu körpüsünün üzərindən keçərkən qəzaya düşüb.

Anspress-in məlumatına görə, Qujranvala şəhərində baş verən hadisə nəticəsində qatarın iki vaqonu çaya aşıb. Dəhşətli hadisə zamanı 12 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, sərnişin qatarından 80 nəfər xilas edilib. Qəza yerinə iki helikopter və xilasedicilərdən ibarət bir dəstə göndərilib.

Çaya düşən qatarın əsgərləri daşıdığı məlum olub. Qəzanın baş verdiyi bölgədə dəmiryolu xəttinin istismarı müvəqqəti olaraq dayandırılıb. Körpünün baxımsız vəziyyətdə olduğu üçün ucduğu iddia olunur.

Pakistan baş naziri Navaz Şərif bütün imkanların səfərbər edilməsi üçün təlimat verib. Ölkə rəsmiləri hadisənin hər hansı bir təxribat olmadığını söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar