Mir Camal Paşayev "PAŞA Bank"ın sədri seçildi

"PAŞA Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.Bu vəzifəyə Mir Camal Paşayev təyin olunub. Ondan öncə bu vəzifəni Ağa-Əli Kamalov tutub.

Müşahidə Şurasında daha bir dəyişiklik ondan ibarətdir ki, Arif Paşayev Şuranın üzvlüyündən çıxarılıb.

Hazırda bankın Müşahidə Şurasının üzvləri bunlardadır: Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı, Kəmalə Nuriyeva.

İdarə Heyətinin sədri Taleh Kazımovdur. İdarə Heyətinin üzvləri Emil Hacıyev, Şirin Əliyeva və Aydın Atakişiyevdir.

Bankın səhmdarları iki hüquqi şəxs: "PAŞA Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxs: Arif Paşayevdir (10%) (APA).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar