Ərdoğan Ankaradakı iqamətgahında məscid açdı - VİDEO

Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Rayyib Ərdoğanın iqamətgahındakı məscidin açılışı olub. Rəsmi açılış mərasimi cümə namazı zamanı baş tutub."Beştəpə Xalq Məscidi" adlanan məscid 5111 kvadratmetr sahəni əhatə edir. Məscidin hər birinin hündürlüyü 59,30 metr olan 4 minarəsi var. 3000 insanın eyni vaxtda ibadət edə biləcəyi "Beştəpə Xalq Məscidi" Ankara şəhərində "Kocatəpə" və "Əhməd Hamdi Akseki" məscidlərindən sonra ən böyük 3-cü məsciddir.

Məscidin açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib. O, müqəddəs Ramazan ayına rəğmən, bəzi müsəlman ölkələrində terror hücumlarının səngiməməsindən danışıb.

"Suriya və İraqdakı, eləcə də Misirdəki qardaşlarımızın üzləşdiyi problemlər qalmaqdadır. Son günlərdə bu müqəddəs ayın ruhuna tamamilə zidd olan partlayış və terror hücumlarının şahidi olduq. Biz bilirik ki, bizim uzaqlarda can çəkişən və oruc saxlaya bilməyən, ya da torpaqlarında ibadət edə bilməyən qardaşlarımız var. Biz müsəlmanların özlərinin ilk qibləsi olan Qüdsə buraxılmadığı bir dövrdə yaşayırıq", - Ərdoğan belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar