Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 2-də keçirdiyi qəbul və buraxılış imtahanlarının nəticələri açıqlanıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlarda iştirak edən şəxslər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini (buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Qeyd edək ki, bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilib, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar