Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Rusiyada təlim uçuşu zamanı qırıcı MiQ-29 qəzaya uğrayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Krasnodar diyarında baş verib.

Təyyarənin pilotu katapult edib. Pilotun Rusiya Silahlı Qüvvələrinin aviauçuşların təhlükəsizlik xidmətinin rəisi, general-mayor Aleksandr Berzan olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, MiQ-29 insanların yaşamadığı əraziyə düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar