Beynəlxalq Banka yeni sədr seçilmədi

beynelxalqbankBu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Müşahidə Şurasının qəbul etdiyi qərara əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixinədək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bugünkü iclasda bankın İdarə Heyətinin yeni sədrinin seçiləcəyi barədə ehtimallar səslənmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar