"Qalatasaray" alman ulduzu transfer etdi

"Qalatasaray" Lukas Podolskinin transferini böyük ölçüdə həll edib. ANS PRESS-in məlumatına görə, bu barədə Almaniyanın məhşur "Bild" qəzeti məlumat yayıb.

"Bild"in "Poldi "Qalatasaray"da" başlığı ilə yaydığı хəbərdə bildirilir ki, alman futbolçu 4 milyon transfer haqqı qarşılığında İstanbul klubuna keçib. "Qalatasaray" onunla 3 illik müqavilə imzalayacaq.

Futbolçunun meneceri Nassim Tohri bu xəbəri təsdiqləyib: ““Arsenal”ın baş məşqçisi Arsen Venqer Podolskinin klubda qalmasını istəyirdi. Lakin futbolçunun ilk 11-likdə daim yer alacağına zəmanət vermirdi. Podolski isə meydanda olmaq istəyir. Daim oynamaq istəyir. Bu səbəblə anlaşmazlıq oldu. Qarşılıqlı razılaşma ilə yollar ayrıldı”.

Podolskinin meneceri Nassim Tohri də futbolçunun hansı səbəbə görə “Qalatasaray”ı seçməsi sualını cavablandırıb.

"“Qalatasaray” Çempionlar Liqasında oynayacaq. Podolskinin Avro 2016-da iştirak etməsi üçün bu turnir çox əhəmiyyətlidir. O həmişə formada qalmalıdır. Türk klubu bir neçə dəfə Podolskini öz heyətinə qatmaq istəyib. Bu transferdə çox istəkli davranıb. Göstərdikləri maraq və diqqət futbolçunun seçiminə də təsir edib. Podolski artıq yeni bir macəraya hazırlanır", deyə oyunçunun meneceri bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar