İntiqam Əliyevin apellyasiya şikayətinə baxılacaq

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin apellyasiya şikayətinə baxılması iyulun 6-na təyin edilib.

Bu barədə vəkil Cavad Cavadov öz facebook səhifəsində yazıb.

Xatırladaq ki, Əliyev 2014-cü ilin avqustunda həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 22-də onu 7,5 il müddətinə azadlıqdan məhrum edib. O, qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Əliyev bütün ittihamları təkzib edir və hüquq müdafiə və vəkillik fəaliyyətinə görə siyasi motivlərlə təqib olunduğunu hesab edir.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Əliyevi “vicdan məhbusu” kimi tanıyıb (Turan).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar