SSRİ-nin ÖZÜNÜN ƏRAZİSİ OLMAYIB! - O da faşist, bu da faşist...

Ərazilər respublikalarınkı idi!

Jirinovski yenə sarsaqladı-qatıqladı! Amma bu «qatıqlama» gözlənilən idi, çünki müdriklər «öyrəşmiş ... tövbə yoxdur» deyiblər. Həm də bir var, ağıllı faşist, bir də var – axmaq faşisit. Bu Jirinovski faşistin yekə və axmağındandır! Daha faşistin «arxasında lafet olmaz ki...».

Jirinovskinin «alovlu faşist» olduğunu onun davranışı - riyakarlığı, psixoloji durumu, ritorikası, mimikası və s. əyani surətdə ortya qoyur və onu nə az, nə çox, dünyaca məşhur-lənətlik Adolf Hitlerə bənzədir. Elə bil ki, bu mənfi tiplər ikiyə bölünmüş bir almanın parçalarıdır. Fikrimi əsaslandırmaq üçün konkret arqumentlərə söykənmək istəyirəm...

O da faşist, bu da faşist...

Biri dahi, biri axmaq! Başlayaq iki faşist tipinin bioqrafiyasından. Açıq mənbələrin məlumatına görə, dünyanın ən böyük və ən qəddar faşisti Adolf Şiklqruber Hitler (əslində isə Hidler) milliyyətcə yəhudi olub, amma ömrü boyu bunu danıb. Nədən ki, onun atası Alois Şiklqruber Hidler kəbindən kənar doğulmuş uşaq olub. Onun anası bir varlı yəhudinin mülkündə qulluqçu işləyərkən, mülk sahibi ilə «şurum-burum» eləyib və... bu məhəbbətin nəticəsi olaraq Alois dünyaya gəlib. Amma ata Aloisi rəsmən tanımayıb. Hitlerin yəhudilərə sonsuz nifrətinin bir səbəbi də güman ki, elə budur.

Sonralar, Almaniya Nasional-sosialist partiyası yaranan zaman, Adolfun bioqrafiyasında yəhudi izini itirmək məqsədilə, partiya biletində onun söyadını Hidler yox, Hitler yazıblar...

Adolfun partiyasının adı rəsmən «nasional-sosialist» olsa da, mahiyyət etibarilə, faşist partiyası olub. Bu da onun həm özünün, həm də məfkurəsinin riyakar və qəddar mahiyyətindən xəbər verir...

Hitler hakimiyyətə gələn kimi, Çexoslavakiyanın Almaniya ilə həmsərhəd olan, etnik almanların kompakt yaşadığı Sudet vilayətini ilhaq edib – Rusiya Krımı ilhaq edən kimi!

İndi isə qayıdaq Jirinovskiyə. O da yəhudidir – atası Volf Eydelşteyn Polşa yəhudisi olub və 1939-cu ildə Qazaxıstana sürgün edilib. Hərçənd ki, cənab Jirinovski atasını danır. «Atanız kim olub?»-sualına həmişə belə cavab verib: «Atam hüquqşünas olub». Göründüyü kimi, atasını danan balaca Vova, «Jirinovski» söyadını götürməklə, özünün milli mənsubiyyətini gizlədib, indi də gizlədir. Jirinovski də atasının üzünü görməyib. O, doğulandan az sonra, atası Volfu geriyə, Polşaya deportasiya ediblər...

Jirinovskinin də Hitler kimi, psixikası yerində deyil və danışarkən əl-qol atır, qəribə-gülməli mimika nümayiş etdirir, yalan danışmaqdan vəcdə gəlib, eyforiyaya «qərq olur».

Jirinovskinin də partiyasının adı «liberal-demokrat» olsa da, mahiyyət etibarilə faşist partiyasından başqa bir şey deyil. Bu da bir siyasətçi olaraq, cənabın riyakarlığından xəbər verir – bir halda, avantüristliyindən xəbər verir – digər halda.

Jirinovski də Krımın Rusiya tərəfindən ilhaq edilməsinin alovlu tərəflarlarından biridir və ümumiyyətlə, Ukraynanı dövlət olaraq, görməyə gözü yoxdur.

Amma Jirinovskini Hitlerdən fərqləndirən bircə cəhət var – Adolf ağıllı faşist olub, Jirinovski isə axmaq faşist! Odur ki, Adolf «Mayn kampf» («Mənim mübarizəm») kitabını yazıb, Jirinovski isə kitab-filan yaza bilməyib, çünki heç bir mübarizəsi-filanı yoxdur, sadəcə insanları aldadaraq, başını girləyir...

İndi həmin bu «axmaq faşist» qəflətən durub deyir ki, Belovejsk sazişinin hüquqi əsası yoxdur, çünki Rusiyanın Dövlət Duması bu sazişin ratifikasiyasını ləğv edib. Ratifikasiya yoxdursa, deməli, nə MDB dövlətləri, nə də Baltikyanı dövlətlər yoxdur. Bu avantürist iddia edir ki, keçmiş SSRİ ərazisi Rusiyanındır, çünki SSRİ konstitusiyası SSRİ-dən çıxmağı nəzərdə tutmayıb və s.

Amma Rusiyanın bu addımı birtərəflidir və sazişi imzalamış digər tərəflərin iradəsini əks etdirmir. Dəgər tərəfdən, SSRİ dövləti müttəfiq respublikalardan ibarət olub və onun konstitusiyasında deyilirdi ki, müttəfiq respublikalar SSRİ-nin tərkibindən çıxa bilərlər. Mahiyyət etibarilə, SSRİ-nin özünün ərazisi olmayıb – ərazi ittifaq bağlamış respublikalarınkı idi. Onlar da SSRİ-nin təkibindən çıxarkən, təbiidir ki, öz əraziləri ilə birlikdə çıxıblar. Odur ki, özünə hüquqşünas deyən normal adam heç vaxt belə axmaq bəyanatlar verməz – amma «axmaq faşist» verir...

Fəqət, axmaq olsa da Rusiya bu şəxsin dilindən olduqca məkrli və təhlükəli «tezis»lər səsləndirir: «Hər yerdə Rusiya bayrağı dalğalanmalıdır, Litva, Latviya, Estoniya olmamalı, ümumiyyətlə, Ukrayna ordusu olmamalıdır» və s. Bir neçə ay bundan əvvəl Rusiyanın son ilyarımdakı davranışına və Ukraynaya yönəlik siyəsətinə toxunaraq, geniş bir məqalə yazmışdım. Jirinovskinin son sayıqlaması göstərir ki, məqalə hələ də aktuallığını itirməyib. Azərbaycan oxucusunun maraq dairəsində olduğu üçün həmin məqaləni təkrar dərc etdirmək qərarına gəldim...

SSRİ-nin məğlubiyyətinin tarixçəsi Rusiyaya dərs olmayıb

Ukrayna böhranının və Rusiya-Qəbr qarşıdurmasının getdikcə dərinləşməsi fonunda Rusiyanın hərbi-siyasi elitası daxilində müharibə ritorikasının getdikcə vüsət alması, mümkün nüvə mühaibəsi və bu müharibədən qalib çıxmağın mümkünlüyü mövzusunda sərsəm fikirlərin tez-tez səslənməsi açıq-aydın göstərir ki, mövcud qarşıdurmada Rusiyanın geri çəkilməsi gözlənilən deyil. Nədən ki, indi hamı anlayır – Ukraynasız «Böyük Rusiya» (Velikaya Rus) ideologiyasının iflası qaçılmazdır. Bu ideologiyanın iflası isə birbaşa və dolayısı ilə çağdaş Rusiya Federasiyasının çürüyüb dağılması demək olardı. Odur ki, Ukrayna münaqişəsinə baş vurmaqda çağdaş Rusiya elitasının (hakim elita) bir məqsədi əhalinin diqqətini ölkə daxilində meydan sulayan korrupsiya və iqtisadiyyat üzərində kriminal kapitalın total inhisarından yayındırmaqdırsa, digər məqsədi də Rusiyanın bütövlüyünü qoruyub saxlamaq naminə «Böyük Rusiya» ideologiyasının əsas dayaqlarından biri olan Ukrayna amilini mümkün olan qədərində, nəyin hesabına olursa-olsun, qoruyub saxlamaqdan ibarətdir. Təhlillər göstərir ki, qarşıya qoyulmuş məqsədlərin qarşılığında Ukrayna müharibəsində neçə Buryat tankçısının yanması, həlak olması, neçə rus əsgərinin tələf olması ölkə rəhbərliyini heç qayğılandırmaz...

Vəziyyətin mürəkkəbliyi və Rusiya üçün əlverişsiz tərəflərindən biri isə ondan ibarətdir ki, çağdaş Ukrayna rəhbərliyi və xalqı Avropa dünyasına inteqrasiya yolunu tutub və ucadan bəyan edir: «Ukrayna – Rusiya deyil». Bu baxımdan Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın yazdığı «Ukrayna – Rusiya deyil» kitabı ibrətamizliyi ilə diqqəti cəlb edir.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, bu yaxınlarda Belarus prezidenti Lukaşenko da oxşar fikir səsləndirib: «Belarus – rus dünyasının bir hissəsi deyil. Bunu yaddan çıxarın!»

Buradan açıq-aydın görünür ki, «Böyük Rusiya» naminə savaşa baş vuran Rusiya artıq iki əsas müttəfiqini (Ukrayna və Belarus) itirmiş vəziyyətdədir. Bu da ikinci soyuq müharibənin gedişində Rusiyanın geopolitik mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir. İndi analitiklərin bir çoxu Rusiyanın çağdaş durumunu vaxtilə SSRİ-nin yaşamış olduğu mərhələ ilə müqayisə edir və bu nəticəyə gəlirlər ki, Rusiyanın geopolitik durumu SSRİ-yə nisbətən qat-qat zəifdir. Çünki o dövrdə SSRİ-nin sosialist dünyası və Varşava müqaviləsi dövlətləri kimi müttəfiqləri (Çini və Kubanı da bu sıraya aid etmək lazımdır) vardısa, Rusiya indi nəinki bunlardan, hətta postsovet dövlətlərinin dəstəyindən belə, məhrum vəziyyətdədir.

Rusiyalı alim, hərb elmləri doktoru, Rusiya Geopolitika Problemləri Akademiyasının prezidenti Konstantin Sivkovun vpk-news.ru saytında dərc olunmuş «Kütləvi çürümə silahı» başlıqlı məqaləsi bu və digər mətləblərin üzərinə işıq salır...

Müəllif məqaləyə bu fikirlə başlayır: «Soyuq müharibədə SSRİ-nin məğlubiyyəti Rusiyaya dərs olmayıb. Rusiyanın soyuq müharibənin ikinci mərhələsinə daxil olduğu şərait və SSRİ-nin məğlubiyyətinin səbəbləri ilə çağdaş Rusiyanın durumunun müqayisəsi ümid yeri qoymur. SSRİ-ni məğlubiyyətə aparan səbəblərin aradan qaldırılması üçün radikal tədbirlər görülməlidir».

Müəllifin fikrincə, Rusiya artıq soyuq müharibənin ikinci fazasına cəlb olunub. Bu, göz qabağındadır. Rusiya və Qərb, xüsusilə də ABŞ arasında yaşanan indiki gərginlik Varşava müqaviləsinin və SSRİ-nin özünün dağılması ilə nəticələnən sonuncu mərhələdəki səviyyəni də ötüb keçib.

Ardınca, müəllif belə bir suala cavab axtarır: «Nə etmək lazımdır ki, məğlubiyyətdən qaçmaq mümkün olsun? Axı, indiki şərtlər daxilində bu qarşıdurmanın nəticələrinin nəinki Rusiya dövləti üçün, eyni zamanda bu ölkənin əhalisi üçün fatal nəticələrə gətirib çıxaracağı şəksizdir...»

Suala cavab axtarışına baş vuran müəllif yazır ki, «salamat qalmağın» məqsədəuyğun bir strategiyasının işlənib hazırlanması üçün SSRİ-nin təcrübəsinə nəzər salmağa dəyər. Neqativ təcrübə olsa da bu, məğlubiyyətin əsas səbəblərinin müəyyən edilməsinə imkan yaradır. İndiki dövrün xarakterik xüsusiyyətlərini nəzərə almaqla, cari qarşıdurmada bu bilgilərdən bəhrələnmək heç də pis olmazdı.

Müəllif bu barədə yazır: «SSRi və Rusiyanın soyuq müharibəyə girdiyi şəraitin təhlilindən başlamaq lazımdır. Analiz göstərir ki, şərait Sovet İttifaqı üçün daha əlverişli olub... »

Şərait və Potensiallar

Müəllif yazır ki, o dövrdə geopolitik baxımdan SSRİ Şərqi Avropada döst ölkələrə söykənirdi. Həmin ölkələrin elitası və əhalinin böyük qismi birmənalı olaraq, bir lider kimi Moskvaya oriyentasiya edirdi (meylli idi) və onun təklif etdiyi həyat tərzinə «hə» deyirdi. Bu, SSRİ-nin geopolitik məkanı idi və həmin məkanda sovet ordusunun nəhəng qruplaşması yerləşirdi. Varşava müqaviləsinin silahlı qüvvələri də bu gücə ciddi əlavə idi. Şərq strateji istiqamətində dost Çin Xalq Respublikası yerləşirdi. Məlumdur ki, Çinin müstəqilliyi məhz SSRİ-nin yaxından köməyi ilə baş tutmuşdu. Çin rəhbərliyi və xalqı da bunu layiqincə qiymətləndirirdi. O dövrdə Çinin iqtisadi və siyasi dircəlişi bütünlüklə SSRİ-dən asılı idi. Çin rəhbərliyi bunu anlayır və qarşılığında, xarici siyasət aləmində bütün mümkün vasitələrlə SSRİ-ni müdafiə edirdi...

Bəs, indi Rusiyanın vəziyyəti nə haldadır? Müəllif bu suala da cavab axtarışına baş vurur: «Bu gün Rusiya öz geopolitik rəqibini birbaşa özünün sərhədləri hüdudlarında görür.

Varşava müqaviləsi dövlətləri kimi etibarlı ittifaq isə artıq yoxdur. İndi rəqib qismində qərb dövlətləri keçmiş sosialist düşərgəsi dövlətlərində, hətta bəzi postsovet respublikalarında hərbi potensialını gücləndirməklə, bu məkana nəzarəti genişləndirirlər. Rusiyanın hazırkı müttəfiqlərinin Rusiyadan asılılığı SSRİ dönəmində olduğundan əhəmiyyətli dərəcədə aşağıdır. Ukrayna böhranı bunu çılpaqlığı ilə ortaya qoydu. SSRİ-nin dağılması ilə bizim ölkəmiz tərəfindən nəzarət edilən qeopolitik məkan da kəskin şəkildə daralıb. Müstəqillik əldə etmiş SSRİ Respublikaları indi müstəqil xarici siyasət kursu həyata keçirir və bu zaman hətta Rusiyanın rəqiblərilə, xüsusilə də ABŞ-la dost münasibətlər qururlar. Başqa sözlə, Rusiyanın geopolitik potensialı mühaibədən sonrakı SSRİ ilə müqayisədə radikal şəkildə zəifləyib...»

İqtisadi durumu müqayisə edən müəllif Rusiyanın SSRİ-yə nisbətən daha zəif olduğunu rəqəmlərlə, ortaya qoyur. Məsələn, məqalədə belə bir müqayisə diqqəti çəkir ki, müharibədən sonrakı SSRİ-də faktiki istehsal həcmi 1940-cı ilə nisbətən, 40 faiz aşağı düşmüşdü. Rusiyanın iqtisadi potensialı (faktiki istehsal edilən məhsulların həcmi) isə SSRİ dönəminə nisbətdə, 55-65 faiz aşağı düşüb. SSRİ ilə müqayisədə isə bu göstərici daha yüksəkdir – 75-80 faiz! Bununla eyni vaxtda Rusiya istehsal müstəqilliyini də itirib – indi ölkə bəzi vacib məhsullara yönəlik Qərdən tam asılı vəziyyətə düşüb. Dövlət müstəqilliyini qoruyub saxlamaq üçün həyati əhəmiyyət kəsb edən bir sıra istehsal sahələri tamamilə məhv edilib...

Mənəvi sferada vəziyyət hətta iqtisadi sahədə olduğundan da acınacaqlıdır. SSRİ-də bu problem uğurla həll olunurdu. Çünki müharibədən təzəcə çıxmış sovet xalqı ölkə rəhbərliyinə və onun həyata keçirdiyi siyasətin düzgünlüyünə inanırdı. Sovet xalqında belə bir inam vardı ki, o, dünyanın ən yaxşı ölkəsində yaşayır. Çağdaş Rusiyada bunların heç biri yoxdur...

Bütün bunlara və digər vacib məqamlara söykənən müəllif belə nəticəyə gəlir ki, SSRİ ilə müqayisədə, indiki qarşıdurmada Rusiyanın mövqeləri əhəmiyyətli dərəcədə zəifdir.

Ukrayna faktoru

Yuxarıda qeyd etdim - mütəxəssislərin əksəriyyəti hesab edir ki, Ukraynasız nəinki «Böyük Rusiya», hətta Rusiya Federasiyası adlanan dövlətin indiki sərhədlər daxilində qorunub saxlanması sual altındadır. Qeyd etmək yerinə düşərdi ki, SSRİ-nin dağılması prosesində də məhz Ukrayna faktoru həlledici rol oynayıb. Məlumdur ki, hələ SSRİ-nin mövcudluğunun son illərində Ukrayna referendum keçirərək, dövlət müstəqilliyini elan etmiş və özünün ilk prezidentini seçmişdi. Mahiyyət etibarilə bu, Ukraynanın SSRİ tərkibindən çıxması demək idi ki, bu da nəticə etibarilə, SSRİ-nin süqutunu şərtləndirən əsas amil oldu.

Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis bu günlərdə «Lenta.ru» ilə söhbətində Belovejsk sazişinin meydana gəlməsi səbəbləri və şəraiti barədə danışarkən bu məsələyə də toxunub: «Belovejsk konsensusunu qaçılmaz edən əsas amil 1991-ci il dekabrın 1-də Ukrayna və Qazaxıstanda keçirilən prezident seçkiləri və eyni gündə Ukraynada müstəqillik referendumunun keçirilməsi oldu. Leonid Kravçuk prezident seçildi, Ukraynanın dövlət müstəqilliyinə isə ölkə əhalisinin böyük əksəriyyəti səs verdi. İndi çox az adam xatırlayır ki, hələ 1991-ci ilin iyununda Ukraynanın Ali Soveti belə bir formul qəbul etmişdi ki, respublika suveren və müstəqil dövlət statusuna malik olmalıdır. Kravçukun prezident seçilməsi və referendum vəziyyəti kardinal şəkildə dəyişdi. Aydın oldu ki, Ukraynasız Sovet İttifaqını hər hansı formada, qoruyub saxlamaq mümkün deyil...»

Beləliklə, aydın olur ki, Rusiya rəhbərliyi məhz nə üçün Ukrayna məsələsində barışmaz mövqedən çıxış edir və bu zaman, hətta nüvə ritorikasından da çəkinmir. Amma hamısı əbəsdir, çünki Ukayna indi də Rusiyanın yanında deyil!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar