“Kapital Bank"a silahlı basqın: DİN-dən AÇIQLAMA - Yenilənib

Daxili İşlər Nazirliyi "Kapital Bank" ASC-nin Abşeron filialında baş verən insidentə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, "Kapital Bank" ASC-nin Abşeron filialının sürücü inkassatoru Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək məqsədilə işin sonunda bankın içərisində gizlənib.

Bankın xidmətdə olan mülki mühafizəçisi Hamlet Şıxəliyevin sayıqlığı nəticəsində gecə saatlarında içəridən gələn səsdən duyuq düşüb. İçəridə sürücü inkassatoru aşkar edib. Sürücü inkassatoru Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.

Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.

Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.

* * *

“Kapital Bank"ın Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir nəfər silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib. Daha sonra tapança ilə atəş açıb. Mühafizəçi bıçaq və güllə yarası alıb. Şübhəli şəxs məqsədinə çatmayıb və bankdan heç nə götürməyərək ərazindən uzaqlaşıb. Abşeron rayon Polis İdarəsinin əməkdaşları hazırda istintaq tədbirləri həyata keçirir.

Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar.

Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.

Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar