Yunanıstanda pulsuz çörək paylanacaq

Afinadakı “Veneti” çörək-bulka şəbəkəsi əhalinin sosial cəhətdən ən az təminatlı təbəqəsinə pulsuz çörək paylayacaq. Musavat.com-un məlumatına görə, bu barədə xəbər verən “Russkie Afinı” portalı bildirir ki, təqaüdçülər, işsizlər və çoxuşaqlı ailələr onların statuslarını təsdiqləyən sənədlər təqdim edəcəkləri halda bu xidmətdən yararlana biləcəklər.

Gəlirləri yaşayış minimumundan aşağı olan vətəndaşlar da pulsuz çörək ala biləcəklər. Təklif edilən assortimentə bir neçə çörək növü daxildir.

Şirkətin bəyanatında deyilir ki, “Veneti” öz həmvətənlərini ölkə üçün çətin dönəmdə dəstəkləmək istəyir. Şəbəkə nümayəndələrinə görə, aksiya ona görə keçirilir ki, “ən vacib məhsul yunan süfrəsindən yoxa çıxmasın”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar