Bu ağaclar Azərbaycana niyə gətirilir? - VİDEO

Ekoloq: Paytaxtda və ümumiyyətlə ölkədə yaşıllaşdırma işləri aparılarkən bu prosesə elmi işçilər də cəlb olunmalıdır

Paytaxtda dekorativ ağaclara çox üstünlük verilir. Ekoloqlar isə bu tendensiyanın heç də təbiət üçün xeyirli olmadığını qeyd edir. Onların sözlərinə görə, daha çox ölkənin iqliminə uyğun ağacların əkilməsi tövsiyyə olunur.

Son dövrlərdə Bakıda yaşıllaşdırma işləri geniş aparılsa da, bu işlərin fonunda sual doğuran bir məqam var. O da nədənsə, dekorativ axaclara üstünlük verilməsidir.

Çoxlarına məlumdur ki, yaşıllığın artırılması məqsədilə xarici ölkələrdən gətirilən bu ağaclar kiçik ölçülü və kölgəsiz olur. Eyni zamanda onların gətirilməsinə külli miqdarda vəsait xərclənir.

Bundan başqa çox vaxt bu ağaclar ölkəmizin iqliminə tab gətirə bilmir. Nəticədə də quruyaraq məhv olur. Həm bu ağacların gözəlliyi itir, həm də insanlar kölgəsiz qalır. Elə paytaxt sakinlərinin bu məsələyə münasibətini öryənmək maraqlı oldu.

Şəhər sakini Asif İsgəndərov deyir ki, gözəllik baxımından xaricdən dekorativ ağacların gətirilməsi müsbət haldır.

Ekspertlər hesab edirlər ki, paytaxtda və ümumiyyətlə ölkədə yaşıllaşdırma işləri aparılarkən bu prosesə elmi işçilər də cəlb olunmalıdır.

Müsahibim ekoloq Telman Zeynalovun sözlərinə görə, ölkəyə gətirilən ağaclar ən azı 5 il uyğunlaşma dövrü keçməlidir. Alimlər onlar üzərində təcrübə aparmalı, iqlim şəraitinə hansı dərəcədə uyğunlaşmağını müşahidə etməlidilər:“Dekorativ ağaclar gətirmək olar. Ancaq sırf estetik zövq yaradırlar. Ancaq nə kölgəlik verir, nə atmasferi təmizləyir, nə də oksigen verir”.

Odur ki, bu gözəllikləri dekorativ ağaclarla deyil, öz dədə-baba çinarımız, cökəmizlə yaşıllaşdıraq.

Axı atalarımız demiş hər bir ağac öz yarpağı ilə gözəldir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar