Məscid partladıldı: 25 ölü

Suriyanın şimal-qərbində ötən gün axşam saatlarında məscidin partladılması nəticəsində “Cəbhə ən Nüsrə” terror qruplaşmasının 25 silahlısı ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, güclü partlayış İdlib əyalətinin inzibati paytaxtının ətrafındakı Arih şəhərciyində törədilib. Məlumata görə, partlayışın baş verdiyi məsciddə terrorçular iftar süfrəsinə toplaşıbmış.

Partlayışın səbəbi məlum deyil. Hücumun “Cəbhə ən Nüsrə” ilə mübarizə aparan İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar