"Razılaşmaya heç bu qədər yaxın olmamışdıq"

Məhəmməd Cavad Zərif Vyanada İranın nüvə proqramına dair danışıqlarla bağlı müsahibəsində belə açıqlama verib.

6-lıq ölkələri ilə yekun razılaşmaya indiyə qədər bu qədər yaxın olmamışıq. Lakin sonda razılaşmanın olacağına dair heç bir zəmanət də vermək olmaz. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramına dair keçirilən danışıqlarla bağlı müsahibəsində belə bir açıqlama verib. Nazir qeyd edib ki, yekun razılaşma üçün qarşı tərəf kompromisə getməyi bacarmalıdır.

“Hə cavabı cəsarət, özündən əminlik, kamil düşüncə və müdriklik tələb edir. Bəziləri inadkarlıqla elə hesab edir ki, hərbi və iqtisadi təzyiqlər bir milləti tabe etməyə kifayətdir. Onlar hələ də pullarını öz aldadıcı layihələrinə xərcləyir və insanların övladlarını bu yolda qurban verirlər. Ümid edirəm ki, razılaşma olacaq. Çünki məntiqli düşünməyə ehtiyac var. Həmkarlarım təzyiq yolu ilə uğur əldə edə bilməyəcəklərinin fərqinə varıblar. Təzyiqlər, əksinə, daha çox münaqişəyə və düşmənçiliyə səbəb olur.” - deyə İslam ölkəsinin XİN rəhbəri bildirib.

Tehranla danışıqlar ötən gün də davam edib. Zərif 6-lıq nümayəndələri ilə kollektiv və ikitərəfli şəkildə görüşlər keçirib.

Qərb ölkələri razılaşma üçün İrandan nüvə proqramını 70 faizini məhdudlaşdırmasını tələb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar