Kürd partiyasına 3 nazirlik verilə bilər

Yeni nazirlər kabinetində, parlamentdəki bütün partiyalara üzv saylarına görə nazirlik verilir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) administrasiyası qurulduqdan sonra 45 gün ərzində hökumət qurulmasa və ya qurulub etimad səs verməsindən keçməsə konstitusiyaya görə ölkə prezidenti TBMM-nin spikeri ilə danışaraq seçkinin yenidən keçirilməsinə qərar verməlidir. Anspress-in məlumatına görə qərarın rəsmi qəzetdə yayımlanmasından sonra seçki prosesinə start verilir. Yenə də konstitusiyaya görə, hazırki hökumət istefa verməli, prezident müvəqqəti nazirlər kabineti qurmaq üçün yeni baş nazir təyin etməlidir. Yeni nazirlər kabinetində, parlamentdəki bütün partiyalara üzv saylarına görə nazirlik verilir. Ədliyyə, Daxili işlər və Nəqliyyat nazirləri məclis xaricindən təyin oluna bilər.

Siyasi partiyalardan təyin olunacaq nazir sayını TBMM-nin spikeri İsmet Yılmaz müəyyənləşdirərək baş nazirə bildirəcək. Müvəqqəti nazirlər kabineti seçkinin yenilənməsi qərarının rəsmi qəzetdə elan olunmasından sonra 5 gün ərzində qurulacaq. Müvəqqəti nazirlər kabineti üçün etimad səs verməsi keçirilməyəcək, seçki vaxtı və seçkidən sonra parlament toplanana qədər fəaliyyət göstərəcək.

Türkiyə nazirlər kabineti baş nazirin 4 müavini ilə birlikdə 25 nazirdən ibarətdir. Bu təqdirdə AKP-yə 11, CHP-yə 6, MHP və HDP-nin hər birinə 3 nazirlik düşəcək.

“Adımız HDP ilə eyni cümlədə də çəkilməsin” – deyən MHP bu kabinetdə yer almaq istəməsə konstitusiyaya görə, MHP-yə düşən nazirliklər üçün məclisin daxilindən və ya xaricindən mstəqil şəxslər təyin olunacaq.

45 günlük vaxt istifadə olunmadan "variant qalmadığı" irəli sürülərək parlamentdə vaxtəndan əvvəl seçkiyə qərar verilə bilər. Bu zaman seçkiyə hazırki hökumətlə gedilir. Bunun üçün prezidentin vaxtından əvvəl seçki keçirilməsinə qərar vermk əvəzinə TBMM-nin plenar iclasında erkən seçki qərarının qəbul olunması lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar