Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

images_milli bank mmÖtən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0003 manat (0,03 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,04872 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi::
22 iyun 1,0473 29 iyun 1,0491
23 iyun 1,0479 30 iyun 1,0483
24 iyun 1,0483 1 iyul 1,0485
25 iyun 1,0482 2 iyul 1,0489
26 iyun - 3 iyul 1,0488
Həftə ərzində orta məzənnə 1,047925 Həftə ərzində orta məzənnə 1,04872

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0077 manat (0,66 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,16434 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi:
22 iyun 1,1921 29 iyun 1,1558
23 iyun 1,1804 30 iyun 1,1733
24 iyun 1,1727 1 iyul 1,1679
25 iyun 1,1755 2 iyul 1,1612
26 iyun - 3 iyul 1,1635
Həftə ərzində orta məzənnə 1,180175 Həftə ərzində orta məzənnə 1,16434

Ötən həftə 1 unsiya qızılın dəyəri 5,8574 manat (0,48 faiz) aşağı düşüb. Müvafiq olaraq, qızılın orta qiyməti 1227,15906 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi:
22 iyun 1260,3208 29 iyun 1227,9716
23 iyun 1242,2855 30 iyun 1232,8008
24 iyun 1234,8974 1 iyul 1227,7935
25 iyun 1230,3248 2 iyul 1225,1152
26 iyun - 3 iyul 1222,1142
Həftə ərzində orta 1241,95713 Həftə ərzində orta 1227,15906

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar