Bu da 2016-cı ilin Olimpiya məşəli - FOTO

Alov estafeti gələn ilin mayında başlayacaq və 100 gün davam edəcək.

Azərbaycanda keçirilən idman bayramı bitər-bitməz dünya növbəti olimpiyadaya hazırlıqlara sytart verib. Anspress-in məlumatına görə, Braziliyada keçiriləcək 2016-cı il Olimpiya Oyunlarının məşəli bir müddət əvvəl paytaxtda ictimaiyyətə təqdim edilikdən sonra Olimpiya Oyunları şəhəri olan Rio-de-Janeyroya gətirilib.

Məşəl, Braziliyanın təbii ehtiyatları nəzərə alınmaqla, alüminium, kauçuk və satin materiallardan hazırlanıb. Məşəl onu daşıyanlar tərəfindən bir-birinə ötürülərkən açılan fərqli hissələrə malikdir. Məşəl şaquli vəziyyətdə tutulduqda, Braziliya bayrağının rəngləri olan yaşıl, mavi, ağ və sarı rənglərdə işıqlanır.

2016-cı il Olimpiya Oyunlarının məşəlini Braziliyanın 26 ştatının 300-ə yaxın şəhərində 12 minə yaxın adam daşıyacaq. Alov estafeti gələn ilin mayında paytaxt Braziliada başlayacaq və 100 gün davam edəcək.

2016-cı il Yay Olimpiya Oyunları - Yay Olimpiya Oyunları XXXI dəfə dünyanın sülh elçilərini Olimpiya bayrağı altında səsləyəcək.

Bir neçə gün öncə Bakıda Olimpiya Oyunlarına lisenziya qazandıran möhtəşəm oyunlar başa çatıb. İyun ayının 12-dən start götürən I Avropa Oyunlarında 20 idman növü üzrə 6 min idmançı mübarizə aparıb.

Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü olub. İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar