Bakıda polis əməkdaşı dənizdə boğuldu: batan qadını xilas etdi - VİDEO

Bakıda polis əməkdaşı dənizdə batıb.

APA TV FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.

Batan şəxsin polis əməkdaşı olduğu üzə çıxıb. Məlumata görə, o, Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğludur. Çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb. O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb.

FHN-dən APA TV-yə verilən məlumata görə, polis əməkdaşının axtarışları davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar